20 noyabr 2026-cı il
20 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” adlı tədbir Dövlət İmtahan Mərkəzində keçirildi.
Tədbirdə Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə YAP təşkilatının sədri, professor Mina Hacıyeva və BMA-nın əməkdaşı Elçin Hüseynzadə iştirak etmişlər.
Qeyd edək ki, professor Gülnaz Abdullazadə tədbirdə YAP tərəfindən təltif olundu.
