19 noyabr 2026-cı il
19 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat şöbəsinin növbəti iclası keçirildi.
İclasda Mətbuat şöbəsinin noyabr ayında görülən işlərindən və qarşıdakı tədbirlər planından danışıldı. Bildirildi ki, Mətbuat şöbəsi BMA-da "Mədəniyyət-2040" ilə bağlı tədbirləri, oktyabr-noyabr aylarında keçirilən monitorinqin gedişini, aralıq imtahanlarını, kafedra iclaslarını, açıq dərsləri, konsertləri, konfransları, yubileyləri, ustad dərslərini mütəmadi olaraq BMA-nın saytında, fasebook və instaqram səhifələrində paylaşaraq ictimaiyyətin nəzərinə çatdırır. İclasın sonunda Ü. Hacıbəyli adına BMA-nın Mətbuat şöbəsinin noyabr ayı üçün fəaliyyəti qənaətbəxş hesab edildi.
