25 noyabr 2026-cı il
25 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Elmi Şuranın iclası keçirildi.
İclasa başlamadan öncə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” kimi təltif olunan Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadəni
təbrik edib, onun əməyini yüksək qiymətləndirdi.
Sonra iclasda BMA-nın “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadənin və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirovanın hesabatları dinlənildi, ardınca cari işlər üzrə müzakirələr aparıldı.






