1 fevral 2019-cu il
1 fevral 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət mərkəzində gənc istedadların konserti keçirilib.
Konsert hər il 2 fevral qeyd olunan gənclər Gününə həsr olunub. Qeyd edək ki, azərbaycan gənclərinin I Forumu 1996-cı il fevralın 2-də baş tutub.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, Azərbaycanın əməkdar artisti Rəna Əliyeva və BMA-nın müəllimi Alyona İnyakina iştirak ediblər. Konsert proqramında azərbaycan və xarici bəstəkarların əsərləri, eləcə də müasir estrada musiqisi səslənmişdir: S.Raxmaninovun “Mən yenə də tənhayam” romansı (ifa edirdi: Rəna Əliyeva, fortepianoda müşayiət edirdi: Aydan Cəfərova), S.Raxmaninov “Musiqi anı” №4 (ifa edirdi: Mədinə Ağayeva), "Da Piango gemo" (ifa edirdi: Ruslan Persan, müşayiət edirdi - Alyona İnyakina), F.Listin 2 saylı «Macar Rapsodiyası» (fortepiano dueti - Günel İmanova, Eldarlı Gülnaz), Motsartın A-dur sonatasının III hissəsi (ifa edirdi: Firuzə Bəylərova), Cadzotto “Adajio” (ifa edirdi: Aminat Əhmədova), M.Qlinka “Patetik trio” – III, IV h. (ifa edirdilər: İsmayıl Cəfərov – violino, Gülnar Hacıyeva – faqot, Adilə Nurizadə -fortepiano), B.Kempfert «Strangers in the night» mahnısı (ifa edirdi: Emil İsmaylov), Q.Qarayev “Eskiz” (ifa edirdi: Əzizə Ələkbərli), S.Raxmaninov “Mən səni gözləyirəm” romansı (ifa edirdi: Rəna Əliyeva, müşayiət edirdi: Leyla Cəfərova), T.Quliyev “Qaytağı” (ifa edirdi: Fidan Mirqeydarzadə), İ.Krutoy “Yorulmuş qu quşların” məhəbbəti (duet – Aminat Əhmədova, Emil İmaylov).
Konsert Rusiya İnformasiya-Mədəniyyət mərkəzi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Qeyd edək ki, təşkilati dəstəy isə BMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən həyata keçirilib.
Tədbirin sonunda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin başçısı V.Denisov konsertin uğurlu keçirilməsi ilə əlaqədar BMA-nın rəhbərliyinə, konsertin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirib.