• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 aprel 2025-ci il 

    16 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    İfaçılıq fakültəsi “Simli alətlər” kafedrasının istedadlı tələbələri - Səidə Əhmədova, Aydan Hacıəhmədova, Asim Xəlilov, İsmayıl Xəlilli, Ləman İsmayılova, Xədicə Qasımova, Fidan Musayeva; Simli kvartet (İsmayıl Xəlilli, Xədicə Hacılı, Şəms Əlili, Vaqif Qurbanov) məharətli ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.

    Xüsusi zövqlə seçilmiş konsert proqramında 

    Soltan Hacıbəyovun “Skertso”, Henri Venyavskinin “Polonez”, Arif Məlikovun “Adajio”, Qabriel Faurenin “Elegiya”, Pyotr İliç Çaykovskinin “Düşüncələr”, Pablo Sarasatenin “İspan rəqsi” N.5, Sergey Raxmaninovun “Romans”, Alfred Şnitkenin “Polka” əsərləri səsləndirildi.

    Gənc musiqiçiləri Arzu Səfərova, Zöhrə Salamova, Tomris Hüseynova, Günel Hacıyeva müşayiət etdilər. 

    Tamaşaçıların böyük rəğbətini qazanmış konsert tədbiri gurultulu alqış sədaları altında başa çatdı.