• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 aprel 2025-ci il 

    16 aprel 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Ustadın əksi” adlı təntənəli konsert keçirildi.

    Konsert proqramında Ü.Hacıbəylinin və onun tələbələrinin əsərləri dinləyicilərə təqdim olundu.

    Tədbirdə Nigar Əsgərova (soprano), Mahir Tağızadə (bariton), Qəmər Kərimli (violin), Rəşad Abdullayev (fleyta) solist qismində çıxış etdilər. 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” və “Konsertmeyster ustalığı” kafedralarının istedadlı tələbələri - Xəlil Mütəllibov, Nuray Əliyeva, Gülsarə Bağırova, İlüzər İbrahimzadə, Məryəm Məmmədova, İlqar Bədəlli, Camalə Abdinzadə, Şəkərxanım Cavadzadə məharətli ifaları ilə musiqisevərlərin zövqünü oxşadılar.

    Tamaşaçılarda xoş təəssürat oyadan konsert gecəsi gurultulu alqışlarla qarşılandı.