• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 dekabr  2025-ci il 

    12  dekabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.

    Açılış nitqi ilə çıxış edən Akademiyanın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli Ulu öndərlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında olan xidmətlərindən söz açdı. 
    Mərasimdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu Ümummilli lider  Heydər Əliyevin mədəniyyət sahəsinə bağlılığından, Ulu öndərin daima mədəniyyət xadimlərinə olan diqqətindən danışdı.  

    Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivinin, eləcə də ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi mərasimdə çıxışlardan sonra musiqi nömrələri səsləndirildi.

    Bədii hissədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə (dirijor Əməkdar artist Əyyub Quliyev) solistlər - Əməkdar artist Elvin Hoca Qəniyev (violin), Respublika və Beynəlxalq müsabiqələr laureatı Səxavət Məmmədov (tar), Əməkdar artist Sabinə Əsədova (soprano), BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Aysun Mahmudzadə (soprano) ifa etdilər.

    Konsert proqramında Fikrət Əmirovun “Nizami” simfoniyası ( III hissə), Anton Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Azər Rzayevin “Düşüncə”, Vasif Adıgözəlovun “Qərənfil”, Yan Sibeliusun “Qəmgin vals”, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən  “Komdenin arzuları”, Fərhad Bədəlbəylinin “İki qadının duası”, Valentin Silvestrovun “Gecə serenadası”, Con Uilyamsın “Şindlerin siyahısı” əsərləri səsləndirildi.