11 dekabr 2025-ci il
11 dekabr 2025-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, Azərbaycanın Xalq Artisti, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenli, professor Tofiq Bakıxanovun 95 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
Konsertdə görkəmli bəstəkarın kamera-instrumental əsərləri səsləndirildi.
Tofiq Bakıxanovun Azərbaycan mövzusunda yazdığı 8-ci Sonatanı professor Məleykə Əhədzadə və professor Fəridə Əhmədbəyova ifa edərək, dinləyicilərə xoş anlar bəxş etdilər.
Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri böyük coşqu ilə qarşılandı.

