9 dekabr 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndə heyəti İtaliya Universitetlər və Tədqiqatlar Nazirliyi tərəfindən dəstəklənən “Ənənələri Birləşdirmək:
İrsin Əks-Sədaları və Müasir Səslənmələr Arasında Transmilli Musiqi Səyahəti” layihəsi çərçivəsində 4–9 dekabr tarixlərində İtaliyanın Salerno şəhərinə (İtaliyanın Salerno şəhərində fəaliyyət göstərən Giuseppe Martucci Musiqi Konservatoriyası) səfər etmişlər.
Səfər müddətində Konservatoriyada mobillik proqramında iştirak olunub, Salerno Musiqi Konservatoriyası, Estoniya Musiqi və Teatr Akademiyası ilə birgə elmi müzakirələr aparılıb və layihə üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilmişdir.
Azərbaycan musiqisinə həsr olunmuş Bakı Musiqi Akademiyasının musiqiçilərinin ibarət SSRİ və Azərbaycan Xalq artisti, rektor, professor Fərhad Bədəlbəylinin rəhbərliyi, Xalq artisti, professor Yeganə Axundova, Əməkdar artist Səbinə Əsədova, BMA-nın istedadlı tələbələri Mahir Tağızadə, Məhəmmədəli Paşazadə, Aysun Mahmudzadə, Kənan Məmmədzadənin iştirakı ilə möhtəşəm konsert baş tutmuşdur. Konsertdə Azərbaycanın İtaliyadakı səfiri cənab Rəşad Aslanov və səfirliyin nümayəndələri iştirak etmişlər.
Azərbaycan musiqi mədəniyyətinə həsr olunmuş təqdimatda BMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Yeganə Axundova çıxış edərək Azərbaycan musiqi mədəniyyəti haqqında geniş məlumat verdi. Təqdimat zamanı həmçinin Bakı Musiqi Akademiyası haqqında videoçarx nümayiş etdirildi.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış caz ifaçısı İsfar Sarabski Azərbaycan caz sənətinə həsr olunmuş təqdimatla çıxış etmiş, öz yüksək səviyyəli caz-muğam ifası ilə dinləyicilərdə dərin təəssürat yaratmışdır.
Son bir ayda həyata keçirilən hər iki Musiqi təhsil ocağının birgə layihəsi, BMA-nın Beynəlxalq Əlaqələrinin inkişafı yönündə aparılan mühüm layihələrdən olmuşdur.







