• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr  2025-ci il 

    15 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrası tələbələrinin “Ansambl ifaçılığı” fənni üzrə konserti baş tutub.
    Konsert  görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib.
    Tədbirdə Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının I, II və III kurs tələbələri iştirak ediblər. Proqramda Azərbaycan və dünya bəstəkarlarının müxtəlif üslublu əsərləri səsləndirilib. Konsert proqramı Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Azər Rzayev, Ağa Əliyev, Sergei Prokofyev, Johann Sebastian Bach – Antonio Vivaldi, Alfred Şnitke, Sergei Rahmaninov, Dave Brubeck və digər bəstəkarların əsərlərini əhatə edib.
    Konsert çərçivəsində tələbələr ansambl ifaçılığı sahəsində əldə etdikləri peşəkar bacarıqları nümayiş etdiriblər. İfaçılar arasında respublika və beynəlxalq müsabiqələrin laureatları olan gənc pianoçular yer alıb. Onların çıxışları müəllim heyəti tərəfindən böyük diqqətlə hazırlanıb və dinləyicilər tərəfindən maraqla qarşılanıb.
    Tədbirin sonunda konsert proqramının yüksək bədii səviyyədə təqdim olunması, Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin gənc ifaçıların repertuarında yaşadılması xüsusi vurğulanıb.
    Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris prosesində ansambl ifaçılığı fənninin əhəmiyyətini bir daha nümayiş etdirib və yubiley silsilə tədbirləri çərçivəsində yaddaqalan mədəni hadisə kimi yadda qalıb.