• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 fevral 2026-cı il 

    7 fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin Səttar Bəhlulzadə zalında "Muzeydə musiqi" və "Klassik musiqi zamanı" layihələri çərçivəsində Azərbaycan Gənclər Gününə həsr olunmuş bayram konserti keçirildi.

    Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina idi.

    Canlı və zəngin konsert proqramında A. Darqomıjskiy, P. Çaykovskiy, J. Massne, F. P. Tosti, E. Qriq, Q. Puççini, S. Raxmaninov, Ü. Hacıbəylinin, F. Əmirovun, M. Maqomayevin vokal və instrumental əsərləri, eləcə də sevilən Azərbaycan xalq mahnısı "Sarı gəlin" oldu. Konsertdə dünya opera və instrumental hitləri, eləcə də sevilən romanslar və mahnılar Azərbaycan Respublikasının Əməkdar Artisti Anton Ferştandt, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artisti Leyla Kərimova, Azərbaycan Dövlət Xorunun artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Elyar Əliyev, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov, eləcə də Üzeyir Hacıbəyli adına BMA-nın tələbələri Nəzrin Qulamova və Zeyn Cəfərov (BMA professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti T.Babayevanın sinfi) tərəfindən ifa olunmuşdur.