13 fevral 2026-cı il
13 fevral 2026-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İxtisas musiqi məktəb-studiyası şagirdlərinin görkəmli alim,
Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, “Əmək ordeni” sahibi, pianoçu-musiqişünas, professor Tərlan Seyidovun əziz xatirəsinə həsr olunmuş konserti keçirilmişdir. Bu, İxtisas musiqi məktəb-studiyasının böyük ustadın vəfatının 2-ci ildönümü ərəfəsində reallaşdırdığı sayca ikinci ithaf tədbiri idi. Belə ki, fevralın 11-i tarixində Seyidov ənənələrinə sadiqliyin bariz nümunəsi kimi məhz zamanında onun ideya müəllifliyi ilə keçirilən “Pedaqoji qiraət” baş tutmuşdur.

