• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 mart 2026-cı il 

    18 mart 2026-cı il tarixində Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakültəsi “Simli alətlər” kafedrasının tələbələrinin iştirakı ilə növbəti konsert proqramı uğurla baş tutdu. 

    Konsert proqramı klassik musiqinin seçkin nümunələri ilə zəngin oldu. Gecə Fritz Kreislerin “Qaraçı qız” əsəri ilə başlayaraq, Henryk Wieniawskinin variasiyaları, Henri Vieuxtempsun “Tarantella”sı, Pyotr Ilyich Tchaikovskynin “Yevgeni Onegin” operasından Lenskinin ariyası, Niccolò Paganininin məşhur “Campanella”sı, Erich Wolfgang Korngoldun “Serenada”sı, Pablo de Sarasatenin “Qaraçı təranələri” və Karl Jenkinsin “Palladio” əsəri ilə davam etdi.

    Konsertdə gənc ifaçılar öz peşəkarlıqları və səhnə mədəniyyətləri ilə seçilərək klassik musiqinin incə çalarlarını tamaşaçılara təqdim etdilər. Solo çıxışlarla yanaşı, kamera ansamblları və kvartet ifaları dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılandı.

     Xüsusilə “Detaşe-Sabah” violinoçular ansamblının çıxışı konsertə xüsusi rəng qatdı və proqramın yadda qalan hissələrindən biri oldu.