16 mart 2026-cı il
16 mart tarixində “Yeni adlar” layihəsi çərçivəsində maraqlı və yaddaqalan konsert proqramı təqdim olundu. Gecədə Əməkdar artist dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Dövlət Kamera Orkestri dinləyicilər qarşısında çıxış etdi.
Konsert proqramı klassik və müasir musiqinin incilərini bir araya gətirərək, gənc və istedadlı ifaçıların sənətini nümayiş etdirmək məqsədi daşıyırdı. Tədbirin ilk hissəsində solist Elçin Məmmədov (piano) yüksək peşəkarlıqla dünya klassik musiqisinin görkəmli nümayəndəsi J.S.Bachın piano və orkestr üçün 5 nömrəli konsertini (f-moll) səsləndirdi.
Proqramın davamında XX əsr musiqisinin parlaq simalarından A.Schnittkenin piano və simli alətlər üçün konserti (op.136) ifa olundu. Bu əsərdə solist qismində Nərgiz Kəngərli çıxış edərək öz interpretasiyası ilə dinləyicilərə dərin emosional təsir bağışladı.
“Yeni adlar” layihəsi gənc ifaçıların səhnə təcrübəsinin artırılması və onların geniş auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Konsert alqışlarla yekunlaşdı və ifaçılar musiqisevərlərə unudulmaz təəssüratlar bəxş etdilər.


