• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 aprel  2026-cı il 

    29 aprel tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert baş tutdu.

    Yaranan gündən bu layihə neçə istedadlı gənclərimizi ictimaiyyətə tanıdıb,onların önündə yeni üfüqlər açaraq gələcək uğurlara ilhamlandırıb.

    Konsertdə iştirak edən gənc ifaçılar Bakı Musiqi Akademiyasının tələbələri Şəms Əliyeva (viola,2ci kurs,baş müəllim Respublikanın Əməkdar artisti Bəxtiyar Axundov ),Xədicə Qasımova (violino,2ci kurs,müəllim professor,sənətşünaslıq üzrə elmlər doktoru Hökümə Əliyeva),Məsumə Əliyeva (fleyta,1ci kurs,müəllim ,Əməkdar artist,Nicat Salmanov),Kənan Bağırov (violino,1ci kurs,müəllim professor Hökümə Əliyeva)ifa etdikləri çox çətin əsərlərin öhdəsindən layiqlə gələrək Azərbaycan ifaçılıq məktəbinin zəngin ənənələrini ləyaqətlə davam edəcəklərinə böyük ümid doğurdular.

    Layihənin koordinatoru Xalq artisti,professor Yeganə Axundovanın ,Dövlət Simfonik Orkestrinin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun bu layihəyə verdikləri diqqət və əməkləri danılmazdır.

    Konserti idarə edən dirijor Mustafa Mehmandarov hər bir solistlə ona uyğun olan ifa tərzi ilə vəhdətdə müşayiət xətti quraraq onlara səhnədə dayaq oldu.

    Konsertin tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.