29 aprel 2026-cı il
Aprelin 29-da Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş «DSCH» musiqi axşamı keçirilib.
Proqramda bəstəkarın Saşa Çernıy və Aleksandr Blokun şeirlərinə vokal silsilələri, kamera-instrumental əsərləri ilə yanaşı, onun tələbələri – görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyevin kamera əsərləri də ifa olunub. Konsertin ideya müəllifi, BMA-nın dosenti, pianoçu Yuliya Kərimova ilə birlikdə solistlər – Əməkdar artisti Fəridə Məmmədova (soprano), Ümidə Abasova (skripka) və Georgiy İmanov (violonçel) Şostakoviç ilində dinləyicilərə bəstəkarın ziddiyyətlər, yumor, faciə və tükənməz enerji ilə dolu musiqisinin kodlanmış dünyasına səyahətə dəvət ediblər.


