• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 may 2026-cı il 

    13 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında  “İxtisas fortepiano” kafedrasının tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilmişdir.

    Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilmiş, gənc ifaçılar öz peşəkarlıqları və səhnə mədəniyyətləri ilə dinləyicilərə unudulmaz musiqi axşamı bəxş etmişlər.

    Tədbirdə Ayşən Uğurluyeva, Züleyxa Bayramzadə, Afət Süleymanova, Fidan İbrahimova, Ayşə Məmmədova, Zümrüd Əlizadə, Əliheydər Aydın, Xəlil Mütəllibov, Azərin Mustafazadə, Əli Adıgözəlov, Elçin Məmmədov, Nurana Salamova, Fərid Hüseynov, Mehin Zəliyeva və Əli Vəliyev çıxış etmişlər.

    Konsert iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, musiqi sənətinə və milli-mənəvi dəyərlərə ehtiramın parlaq nümunəsinə çevrilmişdir.