• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 may 2026-cı il 

    15 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İfaçılıq fakültəsinin “Simli alətlər” kafedrası tələbələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş konsert proqramı keçirilmişdir.

    Konsertdə gənc ifaçılar milli və dünya musiqi nümunələri ilə çıxış edərək tamaşaçılara unudulmaz anlar bəxş etmişlər. Tədbirdə solo və kvartet ifaları səsləndirilmiş, tələbələrin yüksək peşəkarlığı və səhnə mədəniyyəti dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.

    Tədbirdə çıxış edən tələbələr: 

    Məryəm Akimova, Səidə Əhmədova, Rəvan Əhmədzadə, Qədir Günəşov, Aydan Hacıəhmədova, Kənan Məmmədzadə, Fidan Musayeva, kvartet (Ləman İsmayılova, Aytən Müslümova, Aydan Hacıəhmədova, Nəzrin Hüseynova, Eralp Cəmilə, Cahan Hacıxanlı, Zəhra Qurbanova; ifaçıları müşayit etdi: Arzu Səfərova, Tomris Hüseynova, Tofiq Şıxıyev, Günel Hacıyeva. 

    Konsert gənc istedadların yaradıcılıq potensialının nümayişi ilə yanaşı, Ümummilli Liderin zəngin irsinin və Azərbaycan mədəniyyətinə göstərdiyi diqqətin bir daha yad olunması baxımından xüsusi əhəmiyyət daşımışdır.