16 may 2026-cı il
16 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş solo konsert proqramı keçirilmişdir.
Konsertdə BMA-nın “İxtisas fortepiano” kafedrasının I kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Əli Vəliyev çıxış etmişdir. Gənc pianoçu müəllimi, BMA-nın dosenti Gülnarə Mirzəyevanın rəhbərliyi ilə klassik musiqinin dahi bəstəkarları — İ.S.Bax, V.Motsart, F.Şopen, M.Ravel, S.Prokofyev və C.Hacıyevin əsərlərini yüksək peşəkarlıqla tamaşaçılara təqdim etmişdir.
Musiqi dolu axşam dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanmış, gənc ifaçının sənətə həssas yanaşması və səhnə mədəniyyəti xüsusi rəğbət qazanmışdır.

