25 may 2026-cı il
25 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilən “Kamera Musiqisi Axşamı” musiqisevərlərə unudulmaz anlar yaşatdı.
Konsertdə professor K.Neymanova, T.Babayeva, F.Əhmədbəyova, dosent T.Əliyeva və K.Erişenin, baş müəllim Xəyalə Abdullayevanın tələbələri maraqlı proqramla çıxış edərək, klassik kamera musiqisinin incəliklərini dinləyicilərə təqdim etdilər.
Təşkil olunan axşamda gənc ifaçılar - Elçin Məmmədov, Zərrin Əliyeva, Ümid Mustafazadə, Xəlil Mütəllibov, Sadiq Heybətov, İlqar Bədəlli, Xədicə Qasımova, Zümrüd Əlizadə, Sara Marçek, Hüseyn Rzayev, Heydər Həyatov, Əli Adıgözəlov, Aydan Hacıəhmədova, Əli Hüseynlinin peşəkar səhnə çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Gecə boyu səslənən əsərlər yüksək ifaçılıq məharəti və musiqi harmoniyası ilə yadda qaldı.




