7 iyun 2026-cı il
7 iyun 2026-cı il tarixində Daşkənd şəhərində Özbəkistan Dövlət Simfonik Orkestrinin konserti baş tutdu.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, Əməkdar artist Sahib Paşazadə möhtəşəm ifaları ilə tamaşaçıların zövqünü oxşadılar. Orkestrin bədii rəhbəri və baş dirijoru Özbəkistanın Xalq artisti Kamoliddin Urinboyev olmuşdur. Konsert proqramına Fikrət Əmirovun "Min bir gecə" baletindən "Süita", Fikrət Əmirov və Elmira Nəzirovanın "Ərəb mövzularında orkestr və fortepiano üçün konsert", Hacı Xanməmmədovun "Orkestrlə tar üçün konsert N.2" əsərləri daxil idi.
12 iyun 2026-cı il tarixində Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova Özbəkistan Dövlət Konservatoriyasında ustad dərsi keçmişdir. Eyni zamanda, professor Yeganə Axundova Özbəkistan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin dövlət imtahan komissiyasının sədri kimi də dəvət olunaraq imtahanlarda iştirak etmiş,həmçinin musiqi müəllimləri ilə görüş keçirmişdir.