• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr 2026-cı il 

    18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli MusiqiGünü kimi qeyd olunur.

    Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində dahi bəstəkara həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.

    Bu münasibətlə 18 sentyabr 2026-cı il tarixində tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin, sonra dahi bəstəkar Üzeyir Hacıylinin xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoydular.

    Milli Musiqi Günü Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVlll Beynəlxalq Musiqi festivalı ilə əlaqədar Bakı, Şuşa, Gəncə şəhərlərində və digər rayonlarda silsilə tədbirlər keçiriləcəkdir.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının önündə keçirilən tədbirdə  giriş sözü ilə görkəmli pianoçu, Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış etdi. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqitariximizdəki rolundan danışaraq qeyd etdi ki, Azərbaycanın zəngin musiqi mədəniyyətini, Üzeyir bəyin ənənələrini daim yaşatmalı və inkişaf etdirməliyik.

    Daha sonra BMA-nın qarşısında Üzeyir bəyin abidəsi ətrafında konsert proqramı təqdim olundu.

    Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri (bədii rəhbər və dirijor: Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə çıxış etdilər.

    İfa olunan  musiqi nömrələri tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.