• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 oktyabr 2026-cı il 

    23 oktyabr 2026-cı il tarixində L.və M.Rostropoviçlər Ev-Muzeyində Qalina Vişnevskayanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir.

    Tədbir muzey əməkdaşlarının Q.Vişnevskayanın həyat və yaradıcılığına həsr olunmuş videoçarxın təqdimatı və məruzəsi ilə başladı. Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin tələbələri – N.Həsənova, Q.Günəşov, K.Bağırov, R.Cahangirli, Ş.İsmayılov, E.İmamyarlı, L.Babazadə parlaq musiqi proqramı ilə çıxış etdilər. Musiqi nömrələri və tələbələrin ifaları dinləyicilər tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda muzeyin direktoru Günay Əliyeva və İfaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə çıxış etdilər. N.Abbaszadə M.Rostropoviç və ev-muzeyinin yaranması ilə bağlı xatirələrini bölüşdü. Sonda tədbir iştirakçılarına muzey tərəfindən təşəkkürnamələr təqdim edildi.