2 noyabr 2026-cı il
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “The Teacher and the Students” adlı konsert proqramı təqdim olundu.
2 noyabr 2026-cı il tarixində keçirilən konsertdə dünya musiqi irsinin görkəmli nümayəndələri – Arif Məlikov, Dmitri Şostakoviç və Qara Qarayevin yaradıcılığına müraciət edildi.
Tədbirdə ön sözlə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müdiri, professor Zümrüd Dadaşzadə çıxış edib, konserti açıq elan etdi.
Gecədə peşəkar musiqiçilərin ifası musiqi ənənələrinin nəsildən-nəslə ötürülməsini, mədəni yaradıcılıq əlaqəsinin əhəmiyyətini nümayiş etdirdi.
Konsertdə iştirak edən ifaçılar:
Xalq artisti, professor Fərhad Bədəlbəyli – fortepiano
Nigar Cəfərova – soprano
Dmitri Sitkovetski – skripka
Ceyla Seyidova – skripka
Səid Məmmədov – skripka
Vaxtanq İmanov – viola
Aleksey Miltıx – violonçel
Bu konsert yalnız musiqi əsərlərinin təqdimatı deyil, həm də ustad sənətkarlarla gənc nəslin yaradıcılıq dialoqu, musiqi irsinə ehtiram və sənət ənənələrinin davamlılığının təcəssümü oldu.
Bakı Musiqi Akademiyasının beynəlxalq musiqi platformasında təmsil olunması və belə əlamətdar layihələrdə iştirakı Azərbaycan musiqi mədəniyyətinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.