• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 noyabr 2026-cı il 

    Hacıyevanın Vokal Musiqi Məktəbində III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində 20 noyabr tarixində “İki sənət, bir ruh” adlı konsert keçirildi.

    Konsertdə beynəlxalq müsabiqələr laureatı  Dinarə Mahmmudova çıxış etdi; ona beynəlxalq müsabiqə laureatı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi (dosent Yuliya Kərimovanın sinfi) Daler Odinayev fortepianoda müşayiət edirdi. Dinaraın yaradıcılıq yolu çətinlikləri dəf etməyin və peşəkar yetişmənin ilhamverici nümunəsidir. Görmə qabiliyyəti olmayan ifaçı olaraq o, öz sənəti ilə sübut edir ki, əsl istedad sərhəd tanımır və istənilən maneəni aşa bilir. G.F.Hendelin və V.A.Motsartın ariyaları, həmçinin A.Dvorjakın, D.Volfun və C.Gerşvinin romansları böyük musiqi zövqü ilə ifa olundu.

    В Вокальной музыкальной школе Фидан Гаджиевой в рамках III Международного оперного фестиваля Фидан Гаджиевой 20 ноября состоялся концерт "Два искусства, одна душа" (İki sənət, bir ruh), в котором выступила лауреатмеждународных конкурсов Динара Махмудова в сопровождении лауреата международного конкурса студента 4 курса БМА ( класс доцента Керимовой Ю.М. ) Далера Одинаева. Творческий путь Динары - вдохновляющий пример преодоления трудностей и профессионального становления. Будучи незрячей исполнительницей, она своим искусством доказывает, что подлинный талант не знает границ и способен преодолевать любые препятствия.  С большим музыкальным вкусом были исполнены арии Г.Ф. Генделя, В.А. Моцарта, а также романсы  А. Дворжака , Д. Вольфа и Дж. Гершвина.