• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 oktyabr 2022-ci il

    Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan, Xalq Artisti Yeganə Axundovanın ifasında “Fikrət Əmirov 100” diski Beynəlxalq Grammy musiqi mükafatının longlistinə daxil olmuşdur.

     

    “Fikrət Əmirov 100” fortepiano əsərləri antologiyası albomu Beynəlxalq Grammy mükafatının BEST CLASSICAL COMPENDIUM kategoriyasında longlistə daxil olmuşdur.

    Beynəlxalq Grammy mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Grammy Səsyazma Akademiyasının Longlist siyahısına daxildir.  Gələcək nəticələrdən asılı olmayaraq artıq  pianoçu Yeganə Axundova Grammy® balloted artist adını qazanmışdır.

    Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmışdır. İfaçı – pianoçu, Respublikanın Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, səs rejissoru Nazim Kərimovdur.

    Grammy Amerika Milli Səsyazma İncəsənət və Elmlər Akademiyası tərəfindən təqdim edilən illik musiqi mükafatıdır. Mükafat Akademiyanın fəal üzvlərinin səsvermə nəticələrinə əsasən verilir.

     “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq Apple Music, Spotify, Yandex Music, Vk Music, Boom, YouTube Music, Tidal, Deezer, Shazam  kimi platformalarda yerləşdirilmişdir.