• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 fevral  2023-cü il

    24 fevral 2023-cü il  tarixində "Fairmont Baku" otelində British Councilun təşkil etdiyi Creative Spark lahiyəsinin yekun tədbiri keçirildi.

    Proqramın məqsədi Azərbaycan da daxil olmaqla yeddi ölkədə Böyük Britaniya ilə əməkdaşlıq vasitəsi ilə ali təhsil müəssisələrində sahibkarlıq bacarıqlarının inkişaf sistemini dəstəkləməkdir. 

    Öncə Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri Fergus Auld bütün qonaqları salamlayaraq, tədbiri açıq elan etdi. O, həmçinin Creative Spark layihəsinin bütün tərəfdaş universitetlər üçün böyük əhəmiyyətindən söz açdı.

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təmsilçisi qismində Xarici tələbələrlə iş üzrə şöbənin müdiri Röya Hüseynova, Beynəlxalq lahiyələr üzrə koordinatoru Rəşad Məmmədov və BMA-nın baş müəllimi  Zərif Kərimova iştirak etmişlər.

    Layihənin bağlanış hesabat tədbirində Creative Spark lahiyəsində iştirak edən bütün Azərbaycan universitetləri və tərəfdaş İngiltərə universitetlərinin birgə təqdimatları nümayiş olundu. Onlardan biri də Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti idi ki, geniş təqdimatla Creative Spark lahiyəsi çərçivəsində təşkil etdikləri bütün tədbirlər, təlimlər, seminarlar və digər proqramlarını təqdim etdilər. Eləcə də tədbirdə İngiltərənin Creative Spark lahiyəsi çərçivəsində iştirak edən universitetləri də (onlardan biri Greenwich Universiteti idi) öz təqdimatları ilə qonaq qismində çıxış etdilər.   

    Onu da qeyd etmək lazımdır ki, beş illik müddəti olan Creative Spark layihəsi çərçivəsində bütün Ali məktəblər böyük fayda əldə etmişlər.

    Tədbirdə Azərbaycan Respublikası üzrə British Councilun direktoru Nərgiz Hacıyeva öz çıxışında bildirdi ki, layihə bitsə də, bu layihə çərçivəsində yaranan əməkdaşlıqlar və yeni ideyalar  layihənin davamlılığına şərait yaradacaqdır.