• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 iyun 2024-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr Akademiyasının məzunu, hazırda bəstəkar kimi fəaliyyətini kino və teatr sahəsində davam etdirən, beynəlxalq müsabiqələr laureatı Nigar Süleymanın İkinci Qarabağ müharibəsində şəhid olmuş Rəşad Babayevə həsr etdiyi “Simli kvartet” əsəri Polşada keçirilən beynəlxalq “WBM” müsabiqəsində birinci yerə layiq görülmüşdür.

    Qeyd edək ki, müsabiqə qalibləri arasında Amerika, Yaponiya, Çindən olan bəstəkarlar da yer almışdır.

    Şəhidə ithaf edilən əsərdə qəhrəmanın ürək döyüntüləri, mübarizəsi və ölümü əks olunmuşdur. 

    Müəllif musiqi bəstələməyə 13 yaşından başlamışdır. Daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Pikə Axundovanın sinfində ilk bəstəkarlıq təhsilini alıb. Eyni zamanda o, Kəmalə Şıxəliyeva, Nəzakət Heydərova, Ayaz Qəmbərli, Yulizana Kuxmazovanın da dərslərində iştirak edib. Məktəbdə oxuduğu illərdə fortepiano üçün pyeslər, violin və fortepiano üçün miniatürlər, simli orkestr üçün “Zülmətin rəqsi”, klarnet, fleyta üçün 7 miniatür və digər əsərlər yazmışdır.

    Hələ məktəbdə oxuduğu illərdə Türkiyədə Caspiart, Rusiyada “Stars project” müsabiqələrində iştirak etmişdir. Bakı Musiqi Akademiyasında oxuduğu illərdə Nizami Gəncəviyə həsr olunmuş Romans müsabiqəsinin diplomantı, Bakı Caz Festivalının qalibi (2-ci yer), “Bəstəkarlar üçün çağırış” müsabiqəsinin qaliblərindən biri olmdur. 

    2021-ci ildə Estoniya Musiqi və Teatr Akademiyasında Erasmus proqramı çərçivəsində Malle Maltis, Tammo Summera, Lisa Hirsch kimi bəstəkarlardan elektroakustik bəstəkarlıq dərsləri almışdır.

    Bu uğur münasibətilə istedadlı gənc musiqiçini təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik!