• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 aprel 2025-ci il 

    16 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Moskva Kinetika Məktəbinin səfiri, ABŞ Joe Navarro Academy məzunu Anar Heydərovla görüş keçirildi.

    Qeyd edək ki, görüş BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərovanın təşkilatçılığı ilə baş tutdu.

    A.Heydərov görüşdə səhnə duruşu, səhnədə oturuş, özünüifadə və təqdim etmə kimi mövzulara toxundu. “Musiqiçi olmaq təkcə peşəyə sahib olmaq deyil. Bu, həm də o bilikləri daşımaq, çatdırmaq və insanlara təsir etmək bacarığıdır. 

    Kinetik bədən dilinə sahib olan insanlar çox zaman müxtəlif sahələrdə uğur qazanan, özünü doğruldan şəxslərdir. Mənim əsas məqsədim bu vacib mövzunu musiqiçilərə daha yaxından tanıtmaqdır. Çünki səhnədəki hər bir hərəkət — dinləyiciyə gedən mesajın bir hissəsidir” fikirlərini səsləndirdi.

    Speaker çıxışını xüsusilə musiqiçilər üçün hazırladığından, tədbirin marağını daha da artırdı.

    Anar Heydərovun  Kinetik Bədən dili haqqında dərin bilikləri və mövzu barədə hər kəsin baxış bucağını dəyişdirəcək təsirli nitqi bütün auditoriyanın böyük marağına səbəb oldu. Həmçinin belə maarifləndirici  çıxışı üçün hər kəs ona dərin təşəkkürünü bildirdi.