16 aprel 2025-ci il
Ukrayna-Azərbaycan əməkdaşlığı çərçivəsində Bakı Musiqi Akademiyasında görüş keçirildi.
16 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan-Ukrayna Konqresinin İdarə Heyətinin sədri cənab Osadçenko Yuriy Leonidoviç Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Yeganə Axundova tərəfindən rəsmi qonaq olaraq qəbul edildi.
Görüş çərçivəsində Bakı Musiqi Akademiyası ilə Ukraynanın aparıcı ali təhsil müəssisələri, xüsusilə Kiyev Musiqi Akademiyası və digər konservatoriyalar arasında əməkdaşlıq perspektivləri müzakirə olundu. Təhsil və musiqi sahəsində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi, elmi-praktik konfransların təşkili və digər istiqamətlərdə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirildi.