19 iyun 2025-ci il
TARİXİ NAİLİYYƏT! İLK DƏFƏ!
Bakı Musiqi Akademiyası – dahi Üzeyir Hacıbəylinin adını daşıyan musiqi, elm və yaradıcılıq məbədi – öz tarixi boyunca ilk dəfə olaraq THE Impact Rankings 2025 dünya sıralamasına daxil oldu!
Bu nüfuzlu reytinqdə yer almağımız Akademiyamızın təhsil, elm və sosial məsuliyyət sahələrində beynəlxalq standartlara cavab verdiyini bir daha sübut edir.
Beynəlxalq əlaqələrin inkişafı istiqamətində uzun illər görülən işlər uğurla nəticələndi
Fəxr edirik! İrəliyə doğru yeni addımlar atmağa davam edəcəyik!
#BakuMusicAcademy #THEImpactRankings2025 #ÜzeyirHacıbəyli #BMA #QlobalUğur