29 oktyabr 2025-ci il
29 oktyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərovanın kuratoru olduğu psixologiya üzrə mühazirə keçirildi. Psixoloq Nilufər Qarayeva mühazirəçi qismində çıxış etdi.
Mühazirədə “Özünə inamını kəşf et” mövzusu ətrafında maraqlı və dərin müzakirə aparıldı. Özünə inamın gündəlik həyatımıza, münasibətlərimizə və qərarvermə prosesimizə necə təsir etdiyi araşdırıldı.
Görüşdə iştirakçılar öz daxili dünyalarına nəzər salaraq fərdi müşahidələrini bölüşdülər. Sonda dinləyiciləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Bu cür görüşlər fərdi inkişaf və özünü daha yaxşı anlamaq baxımından böyük əhəmiyyət daşıyır.

