• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 fevral 2026-cı il

    27 fevral 2026-cı il tarixində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim və tələbə heyəti ilə maarifləndirici görüş keçirildi.

    Öncə tədbirdə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, Mərkəzin əməkdaşlarını- Yeganə Abbasova (Səhiyyə Nazirliyi Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin Sədri), Günay Abbasova (Sədrin müavini), Mehriban Əliyeva (həkim-koordinator), Elgün Abdullayev (İT şöbəsinin müdiri), Günel Natiq (jurnalist), Elvin Hacıyevi (Beynəlxalq münasibətlər şöbəsinin müdiri) auditoriyaya təqdim etdi. 

    Sonra BMA-nın tələbələrinin ifasında musiqi nömrələri səsləndirildi: H.Rzayev “Çahargah rapsodiyası” (İfa etdi: BMA-nın 4 kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Cavidan Şeydayev Müşayiət etdi: Üviyyə Dadaşova), T.Quliyev “Qaytağı” (İfa etdi: BMA-nın 4 kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Əbdüləli Hüseynli), F.Əmirov “Azərbaycan elləri” (İfa etdi: BMA-nın 4 kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılova,Müşayiət etdi: BMA-nın magistr pilləsinin 1kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nəzrin Qulamova).

    Bədii hissədən sonra Səhiyyə Nazirliyi Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova yüksək təşkilatçılığa görə professor Yeganə Axundovaya təşəkkür edib, həmçinin istedadlı tələbələrin ifalarını təqdir etdi.

    Y.Abbasova orqan donorluğunun mühüm əhəmiyyət daşıyan bir addım olduğunu bildirdi. O,  tədbirin məqsədinin tələbələrin sağlamlıq mövzularında, xüsusilə orqan donorluğu sahəsində məlumatlandırılması  olduğunu qeyd etdi. 

    Sonra Mehriban Əliyevaya söz verildi. O video çarx vasitəsilə orqan donorluğu haqqında daha geniş məlumatla çıxış etdi.

    Ardınca Yeganə Abbasova tələbələri maraqlandıran sualları cavablandırdı.

    Sonda tədbirdə aktiv iştirak edən tələbələrə hədiyyələr təqdim olundu. 

    Bu cür maarifləndirici görüşlər gənclərin sağlamlıqla bağlı biliklərinin artırılmasına və cəmiyyətdə sosial məsuliyyət hissinin formalaşdırılmasına xidmət edir.