• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 aprel 2026-cı il

    21 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Təcrübə və məzunlarla iş” şöbəsinin və  Karyera Mərkəzinin müdiri Anar Seyidov, mərkəzin mütəxəssisi Mənsurə Quliyeva 4-cü kurs tələbələri  ilə növbəti iclas keçirdilər. 

    İclasda  məzunların gələcəkdə iş həyatına inteqrasiyası zamanı CV-lərin hazırlanması, forması, düzgün yazılışı, magistraturaya müraciət qaydası haqqında tələbələrə məlumat verildi. 

    Həmçinin xarici ölkələrdə təhsil alan bir neçə məzunlarla canlı bağlantı yaradıldı.

    Həmin tələbələr xaricdə təhsillə bağlı müraciət formaları, üstünlükləri, problemləri haqqında fikirlərini bölüşdülər.

    Sonda tələbələrin irad və təklifləri dinlənilib, sualları cavablandırıldı.