25 aprel 2026-cı il
Azərbaycan Tibb Universitetinin Şahmat İdman klubunda 25 aprel tarixində Gənclər və İdman nazirliyi Bakı şəhər Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin əməkdaşları və müəllimlər
arasında idman növləri üzrə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 28 May - Müstəqillik gününə həsr olunmuş "ZƏFƏR FESTİVALI - 3" adlı idman yarışları keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşları - idman klubunun müdiri Kəmalə Əhmədovanın təşəbbüsü ilə Samirə Əlişova və Tahir Fərəcov nərd üzrə yarışa qatılmışlar.
Yarışda 8 Ali təhsil müəssisəsindən əməkdaşlar iştirak etmişlər. Samirə Əlişova 10 qadın arasında 3-cü yeri, Tahir Fərəcov isə 25 kişi arasında 1-ci yeri qazanmışdır.
Əməkdaşımızı uğur münasibəti ilə təbrik edirik!



