20 iyun 2026-cı il
“Xalqın epik və etnik yaddaşı onun folklorudur”
Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyaməsələləri üzrə prorektoru, professor Gülnaz Abdullazadənin müraciəti əsasında Bakı ŞəhərMədəniyyət Baş İdarəsinin dəstəyi ilə elmi-tədqiqatlaboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfədoktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü iləhəyata keçirilən “Bakı musiqi folkloru” adlı layihəçərçivəsində növbəti ekspedisiya 20 iyun 2026-cı il tarixində Zirə kəndində baş tutdu.
Burada Zirə kəndinin ziyalıları və sayılıb-seçiləninsanları ilə görüş keçirildi. Layihə Bakı ərazisinəməxsus kəndlərdə folklor nümunələrinin yaşadılması, toplanması, sistemləşdirilməsi və kataloq şəklindətəqdimatını əsas tutur. Tədbirdə Zirə Bələdiyyəsininsədri Anar Hüseynli, Zirə Cümə Məscidinin axunduQədir Nəcəfzadə, kənd sakinləri Fərhad müəllim, Əliövsət müəllim, klarnet ifaçısı Dəyanət müəllim iştirak edirdilər.
Abşeron yarımadasının qədim yaşayışməskənlərindən olan Zirə kəndi öz tarixi və mədəni irsivə folklor nümunələri ilə fərqlənir. Belə ki, kəndinsakinləri folklor ilə bağlı fikirlərində dinin üstünlüktəşkil etməsi, əsasən də Dərviş toylarının xüsusiəhəmiyyətini vurğuladılar. Zirə kəndinin folklornümunələri məhz əhalinin dünyagörüşündə, mənəvidəyərlərinin və tarixi yaddaşının yaşadılmasındamühüm əhəmyyət kəsb edir.
Tədbiri giriş sözü ilə açan elmi-tədqiqatlaboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfədoktoru, dosent Nuridə İsmayılzadə Zirə kəndininziyalılarını salamlayıb, bu layihənin əhəmiyyətindənsöhbət açdı. Artıq bir ənənə formasını alan bu layihəçərçivəsində bir neçə kəndlərdə ətraflı ekspedisiyaaparılmış, iştirak olunan kəndlərdə folklor, musiqimədəniyyəti ilə bağlı maraqlı məlumatlartoplanılmışdır.
Sonra Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqatlaboratoriyasının elmi işçisi Nəsirova-Əhmədova Fidan Zirə kənd sakinlərinə layihə üçün hazırlanmış suallarıtəqdim etdi. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqatlaboratoriyasının elmi işçiləri Mustafayeva Nazlı vəKazımova Bəsti də Zirə kəndində keçirilən görüşdəfəal iştirak etdilər.
Zirə kənd nümayəndələri çıxışlarında toylar vəadət-ənənələr haqqında ətraflı məlumat verdilər. Əsasən də kənd toylarında aşıq musiqisinə böyük yerverilməsi, hətta Aşıq Şakir, Aşıq Pənahın iştirakınıvurğuladılar. Həmçinin Zirə kəndində klublardadərnəklərin də fəaliyyəti haqqında söhbət açdılar.
Tədbirdə qonaq kimi mədəniyyət işçisi, Buzovnakəndinin R.Axundov adına Mədəniyyət evinin müdiriAfət İbrahimova və Kübar Xanımlar məclisinin rəhbəriSimuzər Bakıxanova və arxiv işçisi B.Möhübovaiştirak edirdi.
Tədbir maraqlı keçdi. Əminik ki, Zirə kəndininfolkloru, mədəniyyət tarixi qorunmalı, təbliğ edilməlivə ən əsası gələcək nəslə çatdırılmalıdır. Ümid edirikki, Bakının növbəti kəndlərində də bizi səbirsizlikləgözləyirlər.
Növbəti Bakı kəndlərində görüşənədək.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat
laboratoriyasının elmi işçisi Fidan Nəsirova-Əhmədova


