11 sentyabr 2026-cı il
11 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva “İxtisas Fortepiano” sonra isə “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedralarında işgüzar iclas keçirmişdir.
İclasda ilk növbədə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas müddəaları və qarşıya qoyulan vəzifələr müzakirə olunmuşdur. Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı əsas məqsədləri diqqətə çatdırıldı.
Daha sonra dərs yüklərinin formalaşdırılması və bölgüsü, 2026/2027-ci tədris ili üzrə iş planlarının hazırlanması, qarşıdakı tədris ilində həyata keçiriləcək fəaliyyətlərin düzgün və səmərəli planlaşdırılması məsələləri müzakirə edilib.
İclas zamanı kafedraların fəaliyyət planlarının Akademiyanın strateji məqsədləri və ölkənin mədəniyyət siyasətinin prioritetləri ilə uzlaşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və nəzərdə tutulan tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.



