7-12 sentyabr 2026-cı il
7-12 sentyabr 2026-cı ildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində ali, orta ixtisas və peşə təhsili tələbələri üçün yay düşərgəsi təşkil edilmişdir.
Bu tədbirdəÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 15 tələbəsi iştirak etmişdir. Şəhərsalma və Memarlıq ilinə həsr olunmuş yay düşərgəsi aktiv olan gənclər üçün möhtəşəm bir fürsət olmuşdur.
Tələbə düşərgəsi çərçivəsində “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda görüş keçirmişdir. Tədbirin əsas məqsədi tələbələrin müasir texnologiyaların inkişafı, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal təhlükəsizlik, kibertəhdidlər və informasiya mühitində mövcud risklər barədə məlumatlılığın artırılması olub.
Yay düşərgəsində tələbə-gənclər üçün təşkil edilən müxtəlif müsabiqələrdə, əyləncəli, intellektual yarışlarda və idman oyunlarında Bakı Musiqi Akademiyasının nümayəndələri fəal iştirak etmişdir.
Yeni tədris ili ərəfəsində yay düşərgəsində tələbələrin rahat istirahəti təmin edilmişdir, onların təhsil həyatına yüksək motivasiya ilə başlamasına şərait yaradılmışdır.






