11 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Simli alətlər kafedrasının iclası keçirilmişdir.
İclas zamanı 2026/2027-ci tədris ili üzrə kafedranın qarşısında duran əsas vəzifələr, tədris prosesinin təşkili, professor-müəllim heyətinin dərs yükü, kafedranın iş planında nəzərdə tutulan fəaliyyətlər və qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə edilmişdir.
Müzakirələr zamanı “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının əsas istiqamətləri və onun musiqi təhsili, milli musiqi irsinin qorunması və inkişafı baxımından əhəmiyyəti xüsusi diqqət mərkəzində olmuşdur. Bu çərçivədə milli musiqi irsinin qorunması və gələcək nəsillərə ötürülməsi, peşəkar musiqi təhsilinin inkişaf etdirilməsi, gənc ifaçıların yaradıcılıq potensialının dəstəklənməsi və Azərbaycan musiqisinin beynəlxalq səviyyədə təbliği məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Həmçinin tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü təlimin inkişaf etdirilməsi, tədris-metodiki fəaliyyətin səmərəli təşkili, tələbələrin konsert və yaradıcılıq layihələrində iştirakının genişləndirilməsi, eləcə də kafedranın 2026/2027-ci tədris ili üzrə fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
İclasın sonunda qarşıya qoyulan vəzifələrin sistemli şəkildə həyata keçirilməsi, tədris, metodiki və yaradıcılıq fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması və “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasından irəli gələn prioritetlərin kafedranın fəaliyyətində nəzərə alınması ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.
