30 oktyabr 2026-cı il
2026-cı il oktyabrın 30-da Beynəlxalq Musiqi Dövri Nəşrləri üzrə “Musiqi Dünyası – 2026: İnformasiya – Kommunikasiya – Yaradıcılıq” adlı onlayn forum fəaliyyətə başlayıb.
Genişmiqyaslı tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Dövlət İncəsənətşünaslıq İnstitutu, P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Forum müasir elmi musiqişünaslığın aktual çağırışlarına, ixtisaslaşmış nəşrlərin transformasiyasına, eləcə də yeni texnologiyalar və süni intellekt dövründə rəqəmsallaşma və akademik kommunikasiya məsələlərinə həsr olunub.
Proqram məruzəsi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, “Musiqi dünyası” beynəlxalq elmi musiqi jurnalının təsisçisi və baş redaktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov çıxış etmişdir.
Qeyd edək ki, ilk forum 2024-cü ildə “Musiqi dünyası” jurnalının 25-ci mönrəsinə və 100-cü yubiley nömrəsinin nəşrinə həsr olunmuşdur. Bu tarixdən sonra hər iki ildən bir bu forumun keçirilməsi qərara alınmışdır. Belə ki, bu forum artıq ikinci dəfədir keçirilir. Tədbirin zəngin proqramı çərçivəsində Rusiya (Moskva, Ufa, Novosibirsk), Azərbaycan və Qazaxıstandan olan tədqiqatçılar da müxtəlif mövzularda məruzələr təqdim etdilər: Sənətşünaslıq doktoru, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru Konstantin Zenkin, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət İncəsənət Universitetinin aparıcı elmi işçisi Gültəkin Şamilli, Mədəniyyətşünaslıq doktoru, sənətşünaslıq namizədi, Kütləvi informasiya vasitələrində bədii məsələlər sektorunun müdiri, Dövlət Sənətşünaslıq İnstitutu Yekaterina Salnikova, Mədəniyyətşünaslıq namizədi, Dövlət İncəsənətşünaslıq İnstitutunun Kütləvi informasiya vasitələrində bədii məsələlər sektorunun böyük elmi işçisi Dərya Jukova, Sənətşünaslıq doktoru, Qnesin adına Rusiya Musiqi Akademiyası; "Qnesin adına Rusiya Musiqi Akademiyasının elmi qeydləri" jurnalının baş redaktoru İrina Stoqniy, Sənətşünaslıq namizədi, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova, Sənətşünaslıq doktoru, mədəniyyətşünaslıq doktoru, Moskva Fizika-Texnologiya İnstitutu (Milli Tədqiqat Universiteti) Qriqoriy Konson, Fizika-riyaziyyat elmləri namizədi, laboratoriya müdiri Çexoviç, Sənətşünaslıq namizədi, M.İ.Qlinka adına Novosibirskaya Dövlət Konservatoriyasının dosenti Pavel Miçkov, Sənətşünaslıq namizədi, Kurmanqazı adına Qazax Milli Konservatoriyasının Musiqişünaslıq və bəstəkarlıq kafedrasının dosenti Valeriya Nedlina, Sənətşünaslıq namizədi, baş redaktor müavini və Kurmanqazı adına Qazax Milli Konservatoriyası tərəfindən nəşr olunan “Saryn” jurnalının redaksiya heyətinin üzvü Damir Urazımbetov, “Musiqi akademiyası” elmi-tənqidi jurnalının internet saytının redaktoru.
“Sovet musiqisi” jurnalının rəqəmsallaşdırılmış arxiv nömrələrinin korrekturası üzrə layihə rəhbəri (2024–2025) Elina Andrianova, Sənətşünaslıq namizədi, Z. İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutu Vitaliy Şuranov.
Məruzələrdə arxivlərin rəqəmsal layihələrindən tutmuş generativ süni intellektin inkişafı şəraitində redaksiya siyasətinə qədər geniş mövzular əhatə olundu.

