• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 noyabr 2026-cı il

    5 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsində keçirilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

    İclasda Akademiyanın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi, Konsertmeyster ustalığı kafedrasının müdiri Gülnarə Acalova, İxtisas fortepiano kafedrasının müdiri Samirə Aşumova, Fortepiano, orqan və klavesin kafedrasının müdiri Afaq Rüstəmova, Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının müdiri Elnarə Məmmədova iştirak ediblər.

    Görüş zamanı kafedra müdirləri monitorinq çərçivəsində aparılmış yoxlamaların nəticələri və əldə olunmuş məlumatlar barədə ətraflı məlumat veriblər. Müzakirələrdə tədris prosesinin təşkili və keyfiyyəti, dərslərin keçirilmə vəziyyəti, professor-müəllim heyətinin və tələbələrin davamiyyəti kimi mühüm məsələlər diqqət mərkəzində olub.

    İclasda monitorinq nəticələrinin təhlili əsasında mövcud vəziyyət qiymətləndirilib, tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris intizamının gücləndirilməsi və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq fikir və təkliflər səsləndirilib.