• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     1-11 avqust  2021-ci il 

    1-11 avqust tarixində Barjomi şəhərində (Gürcüstan) keçirilən "World Harmony"  IV beynəlxalq müsabiqə və festivalda münsif heyətinə fortepiano ixtisası üzrə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor, pedaqojı elmlər namızədı Nərmınə xanım Quliyeva, violino ixtisası üzrə BMA-nın professoru , Əməkdar müellim, sənətşünaslıq üzrə fəlsəfə dokroru Hökümə Alıyeva dəvət almış ve sertifikatla qiymətləndirilmişlər.

    Beynəlxaq müsabiqədə Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin və BMA-nın yetirmələri iştirak etmişdir. Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin 8-ci sinif şagirdi Respublıka ve beynəlxalq müsabiqələr laureatı Səbınə Həsənzadə 1-ci yerə (müellım BMA-nın professoru, Əməkdar müellim, sənətşünaslıq üzrə fəlsəfə dokroru Hökümə Alıyeva), BMA-nın 1-ci kurs tələbəsi Hüseynov Elmar 3-cü yere (müellım BMA-nın professoru, elmlər doktoru, Əməkdar incesenet xadimi Tərlan Seyıdov), Mahbod Hagh Parast ve Arian Ghahramani (müellim Nərgiz Kəngərli) dıploma layıq görülüblər. BMA-nın müəllimi Nərgiz Kəngərli festivalda uğurla ifa etmış , münsiflər heyəti tərəfindən bir neçə diploma layıq görülmüşdür.