• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 Avqust 2023-cü il 

    Rumıniyanın  "IconArts" müəllim və tələbələr üçün təqaüd proqramı əsasında iyulun 30-dan avqustun 7-dək Rumıniyanın Transilvaniya şəhərində keçirilən İcon Arts Festivalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakultəsinin 3-cü kurs tələbələri Nəzrin Qulamova (müəllim: prof. Y.Axundova) və Nigar Həsənli (müəllim:dosent G.Kazımova)  iştirak etmişlər və Rumıniya pianoçusu Madalina Paşoldan ustalıq dərsləri almışlar.

    3 Avqust tarixində Sibiu şəhərinin  Filarmoniyasında təşkil olunan konsertdə Nəzrin Qulamova Lüdviq Van Bethovenin Sonata F-dur  və Nigar Həsənli Ferens Listin “Macar rapsodiyası” N.8 əsərlərini ifa etmişlər.

    6 Avqust tarixində S.Brukenthal adına Milli kollecdə keçirilən festivalın bağlanış konsertində  iştirak edərək N.Qulamova Fikrət Əmirovun “Ekspromt” N.1, N.Həsənli Faiq Sücəddinovun “Vətən balladası” əsərlərini ifa etmişlər. 

    Rumıniyanın "IconArts" müəllim və tələbələr üçün təqaüd proqramı əsasında ustad dərslərində və konsertlərdə iştirak edən tələbələrimizin ifaları uğurlu olmuşdur.