7 mart 2026-cı il
2026-cı il 4–7 mart tarixlərində Latviyanın Riqa şəhərində keçirilən “Windstar International Wind Instruments Competition” müsabiqəsində truba ifaçısı Sadiq Heybətov və trombon ifaçısı Cahad Rzayev iştirak edərək, hər ikisi I yerə layiq görülmüşlər.
Onlar Bakı Musiqi Akademiyasının (BMA) III kurs tələbələridirlər (müəllim-dosent Vladislav Kuznetsov). Qeyd edək ki, dosent Vladislav Kuznetsov müsabiqənin münsiflər heyətində də təmsil olunmuşdur.
Bu uğur münasibətilə müəllim və tələbələri təbrik edir, uğurlar arzu edirik!

