6 oktyabr 2026-cı il
6 oktyabr 2026-cı il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyasında Musiqi ədəbiyyatı fənni üzrə Azərbaycan və xarici musiqi nümunələri əsasında “Dinlə və tanı” məktəbdaxili müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri baş tutmuşdur.
Tədbirdə BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva iştirak etmiş və qalibləri müvafiq diplomlarla təltif etmişdir. Qeyd edək ki, Musiqi ədəbiyyatı fənni üzrə Azərbaycan və xarici musiqi nümunələri əsasında “Dinlə və tanı” müsabiqəsi ilk dəfə 2026-cı ilin iyununda məktəbdaxili keçirilmişdir. Müsabiqə 2027-ci ilin fevralında respublika səviyyəsində keçiriləcək və paxtaxtın, o cümlədən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq musiqi və incəsənət məktəblərinin IV – XI sinif şagirdlərinə şamil olunacaq. Vurğulamaq gərəkdir ki, adıçəkilən müsabiqə ilk dəfə məhz İxtisas musiqi məktəb-studiyanın təşəbbüsü ilə baş tutmuşdur və musiqi təhsili sisteminin optimallaşdırılmasına və müasir tədris metodlarının tətbiqinə istiqamətlənmiş yeni layihədir.
https://www.facebook.com/reel/1086861630941291