27 noyabr 2026-cı il
27 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Türk dünyasınınzəngin mədəniyyət məkanı” mövzusuna həsr olunmuşvideoçarx müsabiqəsi keçirilmişdir.
Müsabiqə SSRİ və Azərbaycanın Xalq artisti, BakıMusiqi Akademiyasının rektoru, professor FərhadBədəlbəylinin təşəbbüsü ilə təşkil olunmuş, görkəmlisənətkar eyni zamanda münsiflər heyətinin sədrliyi iləlayihəyə rəhbərlik etmişdir. Kommisiyanın həmsədri Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor Nərminə Quliyeva, üzvləri “Musiqişünaslıq, Bəstəkarlıq və Dirijorluq” fakültəsinin dekanı, Əməkdar müəllim, professor Gülzar Mahmudova, Musiqi tarixi kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, professor Könül Nəsirova, professor Kəmalə Ələsgərli, dosent Xatirə Həsənzadə, dosent Leyla Zöhrabova, dosent Ayanda Adilova, dosent Minaxanım Babayevadan ibarət idi. BMA-nın Musiqişünaslıq, Bəstəkarlıq və Dirijorluq fakültəsinin təşkilatçılığı vəyaradıcı dəstəyi ilə həyata keçirilən müsabiqədə BakıMusiqi Akademiyası ilə yanaşı, Bakı XoreoqrafiyaAkademiyası, Gəncə Dövlət Universiteti və NaxçıvanDövlət Universitetinin tələbələri də təmsil olunmuşdur. Ümumilikdə videoçarx müsabiqəsində 28 tələbə iştiraketmişdir.
Müsabiqə çərçivəsində türk dünyasının zənginmədəni irsini əks etdirən videoçarxlar musiqi, rəqs, təsviri sənət, memarlıq, səhnə sənəti və xalqyaradıcılığı kimi müxtəlif istiqamətlər əhatə edilmişdir.
Tədbir çərçivəsində, həmçinin, RəssamlıqAkademiyasının tələbə və məzunlarının, Bakı MusiqiAkademiyasının tələbə və məzunlarının, eləcə də UşaqFilarmoniyasının şagirdlərinin iştirakı ilə sərgi təşkilolunmuşdur. Sərgi müxtəlif sənət sahələrini bir arayagətirərək müsabiqənin bədii məzmununu daha dazənginləşdirmiş, iştirakçıların yaradıcılıq imkanlarınınnümayişinə şərait yaratmışdır. Sərgi proqramında 17 rəssam öz yaradıcılıq işlərini təqdim etmişdir.Rəssamlar arasında Bakı Musiqi Akademiyasınıntələbə və məzunları da yer almışdır.
Müsabiqənin yekununda münsiflər heyətitərəfindən qaliblər müəyyən edilmişdir. I yerə BakıMusiqi Akademiyasının Musiqişünaslıq ixtisası üzrəIII kurs tələbəsi Məmmədova Nəzrin və Gəncə DövlətUniversitetinin tələbələrindən ibarət “Ozan” folkloransamblı layiq görülmüşdür. II yer BMA-nınmagistratura pilləsində təhsil alan Musiqişünaslıqixtisası üzrə I kurs tələbəsi Səlimli Azərə və Dirijorluqixtisasının III kurs tələbəsi Əliyeva Leylayaverilmişdir. III yerlə isə Musiqişünaslıq ixtisasının III kurs tələbəsi Qurbanova Rəhiməxanım, II kurs tələbəsiQocayeva Xanım, Dirijorluq ixtisasının II kurs tələbəsiYunusova Elmira və Musiqi müəllimliyi ixtisasının II kurs tələbəsi Məsimova Nəzrin təltif olunmuşlar.Virtuoz ifalarına görə Naxçıvan Dövlət Universitetininİfaçılıq fakültəsinin I kurs tələbəsi Hüseynov Bayramvə Bakı Xoreoqrafiya Akademiyasının magistr məzunuHacıyev Rüstəm təltif olunmuşdur. Qaliblərə diplomvə pul mükafatları, digər bütün iştirakçılara isə fəxridiplom və fəxri fərmanlar təqdim edilmişdir. Mükafatlandırma mərasimi gənc istedadların əməyinəverilən yüksək qiymətin, onların yaradıcılıqpotensialının dəstəklənməsinin və gələcəkfəaliyyətlərinə göstərilən diqqətin ifadəsi olmuşdur.
Professor Fərhad Bədəlbəylinin təşəbbüsü iləreallaşan bu müsabiqə Bakı Musiqi Akademiyasınınyalnız musiqi təhsili və elmi fəaliyyət deyil, həm dəgeniş mədəni-maarifləndirici layihələrin həyatakeçirilməsi istiqamətindəki rolunu bir daha nümayişetdirmişdir. Akademiyanın Türk dünyasının mədəniirsinin təbliğinə yönəlmiş belə təşəbbüsləri gənclərarasında milli-mənəvi dəyərlərə bağlılığınmöhkəmləndirilməsi, yaradıcılıq əlaqələriningenişləndirilməsi və ortaq mədəni məkanın tanıdılmasıbaxımından mühüm əhəmiyyət kəsb edir.
“Türk Dünyasının zəngin mədəniyyət məkanı” mövzusunda keçirilən Respublika üzrə incəsənətmüsabiqəsi iştirakçıların yaradıcı axtarışlarını, müxtəlifsənət sahələrinin qarşılıqlı əlaqəsini və Türkdünyasının zəngin mədəni irsinə olan marağı əksetdirən əlamətdar tədbir kimi yadda qaldı.







