• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 mart 2024-cü il

    15 mart 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Lola” texnologiyası vasitəsilə Litva Musiqi və Teatr Akademiyasının müəllimi Dainius Puodziukas (violin) tərəfindən onlayn ustad dərs keçirildi. 

    Ustad dərsə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayıb, tanınmış  musiqiçini dinləyicilərə təqdim etdi.

    Ustad dərs zamanı D.Puodziukas öz bilik və təcrübəsini tələbələrlə bölüşərək, ən xırda detallara və nüanslara diqqət yetirib, müəyyən ifaçılıq metodlarının həllinin ən sadə yollarını tələbələrin nəzərinə çatdırdı.

    “Lola” audivizual texnologiyası vasitəsilə zamana qənaət edilərək, xarici ölkələrdə yaşayan musiqiçilərin bir araya gətirilməsi hər kəs tərəfindən yüksək qiymətləndirildi.