19 may 2025-ci il
19 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, dosent Elmira Pənahovanın açıq dərsi keçirildi.
Açıq dərsdə E.Pənahova sadə 3 hissəli forma: tərifi, genezisi, tətbiq etmə sahəsi, sadə 3 hissəli formanın növləri haqqında məlumat vermişdir.
Təqdim olunan açıq dərsdə kafedra müdiri, professor Könül Nəsirova, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova, kafedranın professor-müəllim heyəti iştirak etmişdir.