• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 sentyabr 2025-ci il

    Heydər Əliyev fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Musiqi Akademiyasında  ustad dərs keçirildi.

    26 sentyabr tarixində Pianoçu, Santa Cecília Beynəlxalq müsabiqəsinin (CISC) və Santa Cecília Beynəlxalq festivalının bədii direktoru Alvaro Teixeira Lopes Bakı Musiqi  Akademiyasının tələbələri ilə ustad dərsi təşkil olundu.

    Ustad dərsə başlamadan öncə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamlayaraq,  A.T.Lopesi dinləyəcilərə təqdim etdi.

    Ustad dərsdə ifa etdilər:

    Qəmər Mehdiyeva magistr 2-ci kurs

    (S.Raxmaninov Etud op.39 es moll

    E.Qranados “Maxa və Solovey”);

    Azərin Mustafazadə 1-ci kurs

    (F.List,Verdi “Riqoletto”)

    Əbdüləli Hüseynli 2-ci kurs

    (L.V.Bethoven Sonata 21 “Waltstain”).

    Ustad dərs zamanı tələbələr ifa bacarıqlarını nümayiş etdirərək, peşəkar musiqiçidən dəyərli məsləhətlər aldılar.

    Tədbirdə BMA-nın professor-müəllim heyəti və tələbələri iştirak etdilər. İştirakçılar bu görüşün onlar üçün həm nəzəri, həm də praktiki baxımdan böyük əhəmiyyət daşıdığını vurğuladılar.