• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 aprel 2026-cı il

    16 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Bəstəkarlıq” kafedrasının dosenti Vüqar Camalzadə tərəfindən “Audiovizual bəstəkarlıq” ixtisası üzrə açıq dərs  keçirildi.

    Dərs zamanı audiovizual sənətin müasir musiqi yaradıcılığındakı rolu, səs və görüntü harmoniyasının qurulması prinsipləri, həmçinin bu sahədə istifadə olunan yaradıcı yanaşmalar ətraflı şəkildə izah olundu. Tələbələr mövzuya böyük maraq göstərərək, müzakirələrdə fəal iştirak etdilər və praktiki nümunələr vasitəsilə biliklərini daha da dərinləşdirdilər.
    Açıq dərs həm nəzəri, həm də praktik baxımdan zəngin məzmunu ilə yadda qaldı və gələcək bəstəkarlar üçün dəyərli təcrübə mühiti yaratdı. 

    Təqdim olunan açıq dərsdə BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, kafedranın müəllim və tələbə heyəti, həmçinin Metodiki şuranın üzvü Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.